Almaniyada minlərlə uçuş ləğv edildi
    • 12-03-2024, 17:30
    • 164

Almaniyada minlərlə uçuş ləğv edildi

Almaniyada minlərlə uçuş ləğv edilib. Lufthansa stüardessaları tətilə başlayıblar.

News24.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Almaniyada Lufthansa stüardessalarının tətili başlayıb və buna görə on minlərlə sərnişin zərər çəkəcək. Martın 12-də Frankfurt hava limanında, martın 13-də isə Münhen hava limanında tətil elan edilib.

Məlumata görə, ümumilikdə minə yaxın reys ləğv oluna bilər.

Bildirilir ki, Ufo işçilərinin həmkarlar ittifaqı Lufthansa və onun törəmə şirkəti Cityline-da 19 minə yaxın stüardessanı tətil etməyə çağırıb. Həmkarlar ittifaqı 18 aylıq müqaviləyə görə 15% əlavə ödəniş tələb edir. 3000 avroluq kompensasiya bonusu və daha yüksək müavinətlərlə bağlı danışıqlar da davam edir.

Qeyd edək ki, martın 12-də Almaniyanın Frankfurt-Mayndə ən böyük hava limanında keçirilən tətil saat 23:00-a qədər davam edəcək. Lufthansa-nın bütün uçuşları dayandırılıb. Martın 13-də Münhen hava limanında stüardessaların tətili planlaşdırılır. Oradan 50 min sərnişini olan 400 reys ləğv ediləcək.

Mehriban Mirzəzadə