-
- 24-10-2023, 09:56
- 265
İran İsraillə müharibə hazırlaşır?
İranın İsraillə müharibə etmək planı yoxdur.
News24.az xəbər verir ki, bu barədə "Reuters"də dərc olunan məqalədə qeyd olunub.
"Reuters" yüksək rütbəli İran rəsmilərinə istinadən yazır ki, uzunmüddət Həmas-ı dəstəkləyən İran Qəzza zolağı ətrafında eskalasiya ilə bağlı artan böhranın öhdəsindən gəlməyə çalışarkən çətin vəziyyətə düşüb.
Nəşrin yazdığına görə, İslam Respublikası çətin seçim qarşısında qalıb: ya münaqişədən kənarda qalaraq regional liderliyini və nüfuzunu sarsıtmaq, yaxud da İsraillə açıq qarşıdurmaya girməlidir.
Qeyd olunur ki, İsrailə qarşı istənilən iri hücum İrana böyük ziyan vura bilər, çünki bu, əhali arasında narazılıq yarada və mövcud iqtisadi böhranı daha da gərginləşdirə bilər. Nəşr yazır ki, İranın yüksək rəhbərləri arasında artıq konsensus əldə edilib: Hizbullaha İsrailə vaxtaşırı hücumlar etməyə və İrana bağlı digər qruplaşmaların vasitəsilə Amerika obyektlərinə kiçik hücumları gerçəkləşdirməyə icazə verilib.
Eyni zamanda, İran hakimiyyəti ölkəni birbaşa hərbi münaqişəyə sürükləyə biləcək böyük eskalasiyanın qarşısını almağa çalışır.
Aynurə