Qohumlar arasında dava: 1 ölü, 2 yaralı
    • 12-04-2024, 08:55
    • 179

Qohumlar arasında dava: 1 ölü, 2 yaralı

Türkiyədə iki qohum ailə üzvü çay içərkən naməlum səbəbdən mübahisə etməyə başlayıb. Mübahisə qısa zamanda bıçaqlı davaya çevrilib.

News24.az xəbər verir ki, dava zamanı qohumlar Həsən Köken və H.K., A.K.  bədənlərinin müxtəlif nahiyələrinə bıçaqla zərbələr alıblar.

Vəziyyəti ağır olan Həsən Kökeni həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. Digər iki yaralının həyati təhlükəsinin olmadığı öyrənilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. 

Günel Məlikzadə