Uşağın beynindən saç çıxarıldı
    • 12-04-2024, 09:16
    • 838

Uşağın beynindən saç çıxarıldı

Qırğızıstanda xəstəxanalardan birində qəribə hadisə baş verib.

News24.az xəbər verir ki,paytaxt Bişkekdəki xəstəxanay müraciət edən 8 yaşlı qızın beynində kütlə aşkarlanıb.

Müayinələrdən sonra əməliyyata aparılan qızın beynindən bir tutam saçın çıxarıldığı bildirilib.

Qırğızıstan Səhiyyə Nazirliyindən verilən açıqlamada əməliyyatın uğurlu keçdiyi və qızın beynindəki saçların 8 il ərzində içəriyə doğru uzandığı bildirilib.

Açıqlamada bu xəstəliyin uşaqlıq yolundakı inkişaf pozğunluqlarından qaynaqlana biləcəyi bildirilib.

Günel Məlikzadə