ABŞ husilərə məxsus PUA-ları vurub
    • 23-03-2024, 13:33
    • 263

ABŞ husilərə məxsus PUA-ları vurub

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial media platformasında məsələ ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, açıqlamada ABŞ-ın dünən yerli vaxtla 04.22-23.10 arasında Yəməndə husilərə məxsus 4 PUA-ya qarşı "müdafiə hücumu" həyata keçirdiyi bildirilib.

Bu arada Yəməndə husilərin nəzarətində olan bölgələrdən Qırmızı dənizə doğru 4 ədəd gəmi əleyhinə ballistik raketin atıldığı açıqlanıb və ABŞ gəmilərinə heç bir ziyanın olmadığı bildirilib.

Açıqlamada Yəməndə husilərə aid 3 yeraltı anbara “müdafiə hücumu” həyata keçirdiyi bildirilib.

Günel Məlikzadə