-
- 5-04-2024, 08:49
- 498
Netanyahudan İrana təhdid
İsrail Baş Nazirliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya görə, Netanyahu təhlükəsizlik kabinetinin iclasının əvvəlində açıqlama verib.
News24.az xəbər verir ki, İranın illərdir birbaşa və ya vəkilləri vasitəsilə İsrailə qarşı fəaliyyət göstərdiyini ifadə edən Netanyahu, "Bu səbəbdən İsrail İran və vəkillərinə qarşı müdafiə, hücum xarakterli hərəkət edir" dedi.
Netanyahu, “Kim bizə pislik edərsə və ya zərər verməyi planlaşdırsa, biz də ona zərər verəcəyik” dedi.
Qeyd edək ki, İsrailin aprelin 1-də İranın Dəməşqdəki səfirliyi şəhərciyindəki konsulluq binasına hücumuna görə Tehran administrasiyasının cavab bəyanatları ilə gərginlik artsa da, İsrail bu gün geniş iştirakla təhlükəsizlik kabineti, daha sonra isə "gərginlik" gündəliyi ilə müharibə kabineti quracağını açıqlayıb.
Günel Məlikzadə