Sevgidə bəxti gətirməyən bürclər
    • 12-04-2024, 11:54
    • 727

Sevgidə bəxti gətirməyən bürclər

Hər kəsin sevgidən gözləntiləri fərqlidir. Sevgi, qayğı kimi ünsürlərə diqqət yetirənlər qədər xarici görünüş, peşə və yaş faktorlarına üstünlük verənlər də var.

Astroloqların fikrincə, bəzi bürclər heç kimə etibar etmirlər. Ona görə də onların xoşbəxt olma ehtimalı demək olar ki, yoxdur.

Day.Az moderator.az-a istinadla eşqdə ən uğursuz olan bürcləri təqdim edir:

 

ŞİR

 

Özünüzü öndə görməyi dayandırın!

Liderlik keyfiyyətləri ilə tanınan şirlər həm sosial münasibətlərdə, həm də sevgidə son dərəcə peşəkardırlar. Onları heç kim günahlandıra bilməz. Şirlər üçün problem tanışlıq mərhələsində yaranır. Xarakterinə görə eqoist olduqlarından onlar münasibətlərində hər zaman bəyənilən tərəf olmaq istəyirlər. Bu da bir müddət sonra münasibətdə əlaqələrin kəsilməsinə və sonda bitməsinə səbəb olur.

 

ƏQRƏB:

 

Şübhə etməyi dayandırın!

Ehtiraslı xarakteri ilə tanınan əqrəblər çox vaxt başqalarına şübhə ilə yanaşırlar. Sevgililərini ən xırda şeyə görə belə qısqanırlar. Bu vəziyyət isə onların sevgi münasibətlərinin zədələnməsinə səbəb olur. Sevgidə manipulyasiya etmək partnyora zərər verə bilər. Bu da əqrəblərin sevgidə axtardıqlarını tapmağını çətinləşdirir.

 

BUĞA

 

Münasibətlərdə diqqətli olun!

Sadiqliyə önəm verən və sevdiyi zaman heç kimə əhəmiyyət verməyən buğalar sevgidə kifayət qədər şanssız ola bilərlər. Astroloqlar buğaları çox səxavətli olduqlarına görə istismara açıq olduğunu bildirir. Münasibətlərdə həmişə əliaçıq tərəf olmaqları buğaların sevgisini zamanla bağlılığa çevirir və onlar bu cür zəhərli münasibətdən qurtula bilmirlər.