Mercedes-Benz dünya üzrə 341 min avtomobilini geri çağırır
    • 12-04-2024, 12:59
    • 330

Mercedes-Benz dünya üzrə 341 min avtomobilini geri çağırır

Almaniyanın Mercedes-Benz avtomobil qrupu ola biləcək yanğın təhlükəsi səbəbilə dünya üzrə təxminən 341 min avtomobili geri çağırıb.

News24.az xəbər verir ki, təsirə məruz qalan modellər 2017-2023-cü illər arasında istehsal olunan GLE və GLS-dir.

Bu modellərdə ön sərnişin oturacağının altındakı torpaqlama nöqtəsi boşalmış ola bilər ki, bu da ətraf mühitin temperaturunun artmasına və yanğın təhlükəsi yarada bilər.

Buna görə də, şirkət bu əlaqənin düzgün qurulub-yaratılmadığını yoxlamaq və lazım gəldikdə düzəltmək üçün bu alətləri nəzərdən keçirməyə çağırıb.

Günel Məlikzadə