Moskvada FTX agentinin avtomobili partladıldı - ANBAAN GÖRÜNTÜLƏR
    • 12-04-2024, 17:37
    • 341

Moskvada FTX agentinin avtomobili partladıldı - ANBAAN GÖRÜNTÜLƏR

Moskvada partladılan “Toyota Land Cruiser Prado” markalı avtomobilin Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşına məxsus olduğu üzə çıxıb.

News24.az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

"İndi müəyyən edilib ki, partlamış Toyota Land Cruiser Prado avtomobilinin sahibi Rusiyaya köçmüş SBU-nun keçmiş əməkdaşıdır. Partlayış nəticəsində o, xəsarət alıb", - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, partlayış kişi maşını işə salan zaman baş verib. "Hazırda baş verənlərlə bağlı bir neçə versiya nəzərdən keçirilir. Onlardan birinə görə, naməlum partlayıcı qurğu işə düşüb, lakin digər mümkün səbəblər də nəzərdən keçirilir", - agentliyin həmsöhbəti əlavə edib.

Qeyd edək ki, hadisədən sonra yanğın olmayıb, yaxınlıqdakı avtomobillərə də ziyan dəyib. Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb. Hadisə yerində paytaxt İstintaq Komitəsinin müstəntiqləri və kriminalistləri əməliyyat xidmətləri ilə birgə işləyirlər.

Günel Məlikzadə