Nazir müavini Moskvada qəzaya düşdü
    • 28-11-2023, 18:18
    • 203

Nazir müavini Moskvada qəzaya düşdü

Rusiya Fövqəladə Hallar Nazirliyinin müavini Anatoli Suprunovski Moskvanın mərkəzində qəzaya düşüb.

News24.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb .

Telekanalın məlumatına görə, qəza Hökumət evinin yaxınlığında baş verib. Fövqəladə Hallar Nazirliyinə məxsus “Toyota Land Cruiser” markalı avtomobil qarşıdan gələn zolağa çıxaraq digər avtomobillə toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almayıb, zərbənin təsirindən Toyota-nın yan güzgüsü qopub.

Qeyd olunur ki, qəzadan sonra nazir müavini Ağ Evə gecikdiyi üçün Suprunovskinin olduğu avtomobil qəza yerini tərk edib. 

Nəzrin