Almaniyalı diplomatların ailələri İranı TƏRK EDİR
    • 13-04-2024, 20:25
    • 212

Almaniyalı diplomatların ailələri İranı TƏRK EDİR

İranın İsrailə mümkün hücumu ilə bağlı iddialara görə Almaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri Tehranı tərk edirlər.

News24.az report-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

İranı tərk edəcək Almaniya vətəndaşlarının dəqiq sayı məlum deyil.

Bundan başqa, Almaniyanın Tehran və Təl-Əvivdəki səfirlikləri əlavə təhlükəsizlik tədbirləri görür.

Daha əvvəl Almaniya Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarına İranı mümkün qədər tez tərk etmələrinə çağırış edib.