Almaniya XİN Rusiya səfirini çağırdı
    • 19-02-2024, 15:00
    • 199

Almaniya XİN Rusiya səfirini çağırdı

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi çağırıb. 

News24.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.

"Xarici işlər naziri Annalena Berbok Brüsseldəki görüşdən əvvəl bir daha Aleksey Navalnının ölümünə münasibət bildirib. Və sizə bildirmək istəyirəm ki, federal hökumət, Xarici İşlər Nazirliyi bu gün Rusiya səfirini geri çağırır", -deyə bildirilib.

Mehriban Mirzəzadə