-
- 6-10-2023, 12:36
- 379
Çıxışına “stop” qoyulan Əhmədinejad ölkəni TƏRK ETDİ- VİDEO
İrandan çıxışına “stop” qoyulan Əhmədinejad ölkəni tərk edib.
News24.az xəbər verir ki, bu barədə "GuneyAzfront" teleqram kanalı məlumat yayıb.
Qeyd edək ki, dünən İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Mərkəzi Amerika ölkəsi Qvatemalaya getmək üçün gəldiyi Tehran hava limanında pasportu müsadirə edilib və ölkəni tərk etməyə icazə verilməyib.
Təhlükəsizlik rəsmiləri “beynəlxalq sanksiyalara görə həbs olunma ehtimalı” və Qvatemaladakı “qeyri-sabit təhlükəsizlik və siyasi şərait” səbəbindən Əhmədinejada ölkəni tərk etməməyi tövsiyə etmiş və onun səfərini ləğv etmişdilər.
Əhmədinejad 9 saat hava limanında gözlədikdən sonra İranı tərk edib və Qvatemalaya gedib.
Aynurə