Rusiya 4 istiqamətdə böyük hücuma hazırlaşır
    • 14-04-2024, 08:42
    • 236

Rusiya 4 istiqamətdə böyük hücuma hazırlaşır


Rusiya Donetsk, Xerson, Luqansk və Zaporojye bölgələrinin daha çox ərazisini ələ keçirmək niyyəti ilə baharın sonunda və ya yayda genişmiqyaslı hücum hazırlaya bilər.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Faynənşl Tayms” Ukrayna və Qərb rəsmilərinə istinadən məlumat yayıb.

“Kiyevdəki səlahiyyətlilər Moskvanın Ukraynanın şimal-şərqdəki ikinci böyük şəhəri Xarkova hücum planlaşdıra biləcəyindən də narahatdırlar. Rusiya yüz minlərlə hərbçini səfərbər edir və hazırlıq üçün şəhəri raketlərlə atəşə tutur", - məlumatda qeyd edilib.