-
- 2-02-2023, 10:54
- 239
Ukraynadan 24 fevral xəbərdarlığı: "Rusiya böyük hücuma hazırlaşır"
Ukraynanın müdafiə naziri Oleksii Reznikov Rusiyanın yeni və böyük hücuma hazırlaşdığını iddia edib.
News24.az xəbər verir ki, Reznikov hücumun işğalın ildönümündə, yəni fevralın 24-də başlaya biləcəyi barədə xəbərdarlıq edib.
Nazir Moskvanın mümkün hücum üçün 500 minə yaxın əsgəri səfərbər etdiyini iddia edib.
Xatırladaq ki, sentyabrda Rusiya prezidenti Vladimir Putin 300 minə yaxın hərbçidən ibarət ümumi səfərbərlik elan edib və bunun ölkənin ərazi bütövlüyünü təmin etmək üçün zəruri olduğunu bildirib. Lakin Reznikov iddia edib ki, Ukraynada yerləşdirilən əsgərlərin faktiki sayı bundan çox ola bilər.
Ukrayna prezidenti isə sosial media hesabında “Rusiya terrorizmini dayandırmağın yeganə yolu onu tanklarla, döyüş təyyarələri ilə, uzaq mənzilli raketlərlə məğlub etməkdir”yazıb.
Qeyd edək ki, Almaniya, ABŞ və İngiltərə bu yaxınlarda Ukraynaya tank göndərmək barədə razılığa gəlmişdi.
Ukrayna rəsmiləri indi ölkəni hava zərbələrindən qorumaq üçün qırıcı təyyarələr tələb edir.
Qumral Əliyeva