-
- 30-04-2019, 21:05
- 1 069
Baş prokuror səhiyyə nazirinə müraciət etdi - Özəl klinikadakı ölüm faktına görə...
Mingəçevir şəhər sakini Məcnun Məmmədovun “Şəfa” özəl tibbi diaqnostik klinikasının və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimlərinin səhlənkarlığı ucbatından vəfat etməsi barədə mərhumun qardaşı Əhməd Məmmədovun müraciəti Mingəçevir şəhər prokurorluğunda araşdırılır.
News24.az qafqazinfo-ya istinadən verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə, Baş prokuror araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi üçün diaqnostik klinikanın və Publik Hüquqi Şəxsin həkimləri tərəfindən Məclum Məmmədova düzgün diaqnoz qoyulub-qoyulmaması, aparılmış müayinələrin, habelə xəstəyə tibbi yardımın qoyulmuş diaqnoza uyğun aparılıb-aparılmamasının yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə müəyyənləşdirilməsi məqsədi ilə Səhiyyə nazirinə müraciət edib.