Rusiya: "İran özünümüdafiə edir"
    • 15-04-2024, 09:21
    • 205

Rusiya: "İran özünümüdafiə edir"

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İsrailin çağırışı ilə təcili iclas keçirib. İclasda BMT-nin 5 daimi üzvü arasında yaşanan gərginlik diqqət çəkib.

News24.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia ötən həftə İsrailin Dəməşqdə hədəfə aldığı İranın diplomatik missiyası ilə bağlı məsələni gündəmə gətirib.

Nebenzia xatırladıb ki, istənilən ölkənin diplomatik missiyasının vurulması müvafiq beynəlxalq müqavilələrin açıq şəkildə pozulmasıdır. Lakin bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldıranda ABŞ, Böyük Britaniya və Fransa bunu qınamaq qərarına mane olub.

Nebenzia, "İndi gördüyümüz nəticə odur ki, diplomatik nümayəndəliyə hücum beynəlxalq hüquqa görə "casus belli" (müharibə səbəbi) sayılır. Əgər bir Qərb ölkəsinin diplomatik missiyası vurulsaydı, dərhal intiqamdan danışardınız" dedi.

BMT TŞ-nin İran və İsrailə münasibətdə ikili standartlar tətbiq etdiyini əsas gətirən Nebenzia, İranın özünümüdafiə üçün hərəkət etdiyi fikrini ifadə edib.

Günel Məlikzadə