"İran digər ölkələr üçün də təhlükə yaradır"
    • 15-04-2024, 09:16
    • 346

"İran digər ölkələr üçün də təhlükə yaradır"

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İsrailin çağırışı ilə təcili iclas keçirib. İclasda BMT-nin 5 daimi üzvü arasında yaşanan gərginlik diqqət çəkib. ABŞ, İngiltərə və Fransa İranı qınayıb İsraili dəstəklədiyi halda, Rusiya və Çin nümayəndələri İsrailin İranın Dəməşq missiyasına zərbə endirməsinə niyə reaksiya verilmədiyini soruşublar.

News24.az xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud çıxışına İranı qınamaqla başlayıb. BMT Təhlükəsizlik Şurasının İrana qarşı addım atmalı olduğunu müdafiə edib.

Vud deyib: "İranın ehtiyatsız davranışı təkcə İsrail xalqı üçün deyil, həm də İordaniya və İraq kimi bölgədəki BMT-yə üzv olan digər ölkələrin xalqı üçün də təhlükə yaradır".

İranın Hizbullah və Husilər kimi bölgədəki qollarından istifadə edərək beynəlxalq təhlükəsizliyi təhdid etdiyini irəli sürən Vud, İranın BMT Təhlükəsizlik Şurası qarşısında məsuliyyət daşımalı olduğunu bildirib.

Günel Məlikzadə