Tanınmış meyxanaçıya ağır itki
    • 15-04-2024, 12:52
    • 412

Tanınmış meyxanaçıya ağır itki

Meyxanaçı Rövşən Binəqədiliyə ağır itki üz verib.

News24.az bakupost.az-a istinadən xəbər verir ki, meyxanaçının atası Qorxmaz Musayev bu gün 70 yaşında vəfat edib.

Mərhum uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Binəqədi qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Rövşən Binəqədili Vətən Müharibəsi dövründə sosial şəbəkələrdə trendə və müzakirə mövzusuna çevrilmiş "Can gedirik almağa" mahnısı ilə tanınıb.