-
- 15-04-2024, 22:31
- 218
Hülya Afşarın dedikləri gündəmə bomba kimi düşdü
Türkiyəli müğəni Hülya Afşar evlilik proseduru ilə bağlı verdiyi təklifə ölkə əhalisinin sərt reaksiyası ilə üzləşib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, Afşar qızı evliliklərin də kirayə müqaviləsi kimi 5 il müddətinə imzalanmasını təklif edib.
“Beş ildən bir evlilik müqaviləsi yenilənməlidir. O zaman ər-arvad daha məsuliyyətli olar. 5 ilin sonunu həyəcanla gözləyərlər ki, görəsən yenidən mənimlə evlənmək istəyərmi?”.
60 yaşlı müğənninin bu fikri birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.