Hülya Avşardan keçmiş ərinə iltifat - FOTO
    • 31-01-2019, 17:03
    • 1 145

Hülya Avşardan keçmiş ərinə iltifat - FOTO

Hülya Avşar keçmiş əri Kaya Çilingiroğluna iltifat edib.

News24.Az bildirir ki, iş adamı 20 il əvvəl çəkdirdiyi fotosunu instagram hesabında paylaşınca, Türkiyənin ən gözəl qadınlarından sayılan Hülya duyğularına hakim kəsilə bilməyib. Avşar qızı fotonu bəyənərək "indi daha yaraşıqlısan" notunu yazıb. Bunu oxuyan Çilingiroğlu da ona "smaylik"lə təşəkkür edib.

Bundan sonra Çilingiroğlunun izləyiciləri onlara xoş fikirlər bildirərək, Hülyaya "bəlkə münasibətlərinizi yenidən bərpa edəsiz?" - deyə, səsləniblər. Buna qarşılıq olaraq hər iki məşhur susmağa üstünlük verib. Onların boşandıqdan sonra da dostluqlarını davam etdirdikləri hər kəsə bəllidir. 

Xatırladaq ki, cütlüyün Zəhra adlı qızları var.

News24.Az