"Biz bu ehtimaldan narahatıq"
    • 16-04-2024, 13:52
    • 174

"Biz bu ehtimaldan narahatıq"

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi bildirib ki, İsrail İranın nüvə obyektlərinə hücum ehtimalından narahatdır.

News24.az xəbər verir ki, Qrossi İranın həftə sonu təhlükəsizlik səbəbilə nüvə obyektlərini bağladığını, dünəndən etibarən obyektləri yenidən aktivləşdirdiyini bildirib. Lakin "Agentlik müfəttişlərini vəziyyətin tamamilə sakitləşdiyini müşahidə edənə qədər bu obyektlərdən uzaq tutduğunu" da paylaşıb.

İsrailin İranın nüvə obyektlərinə hücum ehtimalı ilə bağlı sualı cavablandıran Qrossi, "Biz bu ehtimaldan hər zaman narahatıq" deyib. 

Qrossi tərəfləri "maksimum təmkin" çağırışı edib.

Günel Məlikzadə