Kuleba Qrossi ilə bomba sığınacağında görüşüb
    • 13-10-2022, 23:00
    • 489

Kuleba Qrossi ilə bomba sığınacağında görüşüb

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi Kiyevdəki bomba sığınacağında görüşüb.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri “Twitter“də bildirib.


“Mən bir daha bəyan etdim ki, Rusiya nüvə təhlükəsizliyini təmin etmək üçün Zaporojye AES-dən çıxmalı, AES-dəki ukraynalı personalın oğurlanması və hədələnməsini dərhal dayandırmalıdır”, - deyə Kuleba vurğulayıb.