Britaniya İsrailə uçuşları dayandırır
    • 16-04-2024, 16:59
    • 164

Britaniya İsrailə uçuşları dayandırır

Böyük Britaniyada yerləşən “Easy Jet” aviaşirkəti bölgədəki münaqişələrdən sonra təhlükəsizliklə bağlı İsrailə uçuşları dayandırmaq qərarına gəlib.

News24.az xəbər verir ki, bu barədə aviaşirkətin rəsmi səhifəsi məlumat yayıb.

“İsraildəki mövcud vəziyyətlə əlaqədar olaraq Tel-Əvivə və oradan uçuşlarımızı dayandırmaq qərarına gəldik. Biz vəziyyəti yaxından izləməyə davam edirik. Sərnişinlərimizin və ekipajımızın təhlükəsizliyi hər zaman bizim əsas prioritetimizdir”, - deyə məlumatda qeyd edilib.

Mehriban Mirzəzadə