Sərhəddən heroin keçirmək istəyən şəxs SAXLANILDI - FOTO - VİDEO
    • 1-05-2019, 13:56
    • 666

Sərhəddən heroin keçirmək istəyən şəxs SAXLANILDI - FOTO - VİDEO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda, İran İslam Respublikasından Azərbaycana gələn "Volvo" markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib.

DGK-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, avtobusda olan sərnişin Pakistan İslam Respublikasının vətəndaşı Shah Nasrat Yar Mat oğlunun əl yükünə rentgen aparatı ilə baxış keçirilərkən rəngli fonda şübhəli cizgilər müşahidə edilib. 

Yoxlama zamanı 1 ədəd qara və 1 ədəd qəhvəyi rəngli çamadanların hər birinin daşınması üçün nəzərdə tutulan metal tutacaqların içərisindən ayrı-ayrılıqda 438 qram, ümumilikdə 876 qram narkotik vasitə-heroin aşkarlanıb.