Yuyucu tozun içərisində heroin KEÇİRMƏK İSTƏDİ
    • 1-07-2019, 13:27
    • 907

Yuyucu tozun içərisində heroin KEÇİRMƏK İSTƏDİ

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və yoxlama aparılıb. Vətəndaşın əl yüklərinə rentgen aparatıyla baxış zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nəticədə bir ədəd zənbildəki qarışıq ərzaq yüklərinin yanında olan iki ədəd yuyucu toz qutularının içərisindən gömrük nəzarətindən gizlədilmiş iki ədəd sellofan bağlamada, ümumi çəkisi 1998,8 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.