-
- 17-04-2024, 13:51
- 282
İstilik rekordu: 34,2 dərəcə
Meksikanın paytaxtı Mexikoda temperaturun rekordlar qırdığı açıqlanıb.
News24.az xəbər verir ki, dünən termometrlərin 34,2 dərəcə Selsi göstərdiyi açıqlanıb.
Meksika Milli Su Komissiyasının baş direktoru German Martinez Santoyo sosial media hesabından verdiyi açıqlamada, "Bu gün Mexiko tarixinin temperatur rekordu qırıldı. Ən yüksək temperatur 1998-ci il mayın 9-da 33,9 dərəcə Selsi idi. Bu gün isə 34,2 dərəcə Selsi ilə bu rekord aşıldı" dedi.
Yaxın günlərdə də davam edəcəyi gözlənilən həddindən artıq istilərlə əlaqədar Meriya xəbərdarlıq edib.
Səlahiyyətlilər yerli insanlara nəmlənməyi, kölgədə qalmağı və günəşdən qoruyucu vasitələrdən istifadə etməyi tövsiyə edib.
Digər tərəfdən, Sakit okean və Meksika körfəzi ilə həmsərhəd olan 8 ştatda temperaturun 45 dərəcə Selsidən çox olacağı gözlənilir.
Günel Məlikzadə