Hizbullahın İsrail bazasına hücumu: 18 yaralı, 3-ü ağır
    • 17-04-2024, 19:15
    • 324

Hizbullahın İsrail bazasına hücumu: 18 yaralı, 3-ü ağır

 Livan Hizbullahı bu gün İsrail bazasına pilotsuz təyyarə və raket zərbəsi endirib.

News24.az xəbər verir ki, “Hizbullah”ın bəyanatında qeyd edilib ki, hücum “düşmənin Livanın Ayn Baal və Şehabiyada bir sıra üzvlərini öldürməsinə cavab olaraq” planlaşdırılıb.

İsrailin ictimai yayımı olan KAN-ın xəbərinə görə, Livandan İsrailin şimalındakı Ərəb Əl-Aramşeyə raket hücumu nəticəsində 3-ü ağır olmaqla 18 nəfər yaralanıb.

Günel Məlikzadə