Livandan İsrailə 100-ə yaxın raket atılıb
    • 12-03-2024, 16:42
    • 132

Livandan İsrailə 100-ə yaxın raket atılıb

İsrail ordusu gecə yarısından sonra Livanda Hizbullaha aid olduğu iddia edilən iki ayrı yerə hücum edildiyini bildirib.

News24.az xəbər verir ki, hədəf edilən yerlərin Beka vadisində yerləşdiyi və "Hizbullahın hava qüvvələri"nə aid hədəflər olduğu bildirilib.

İsrail mənbələri səhər saatlarında Livandan İsrailin şimalına iki ayrı raket hücumu həyata keçirildiyini bildirib.

Hücumlarda 100-ə yaxın raket atıldığı bildirilsə də, itkilər barədə məlumat verilməyib.

Günel Məlikzadə