"Qalatasaray"ın xəzinəsi doldu: 2,8 milyard
    • 18-04-2024, 11:31
    • 339

"Qalatasaray"ın xəzinəsi doldu: 2,8 milyard

Türkiyə Super Liqasında liderliyini davam etdirən "Qalatasaray" son illərin ən böyük tribuna gəlirini əldə etməklə xəzinəsini doldurub.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, Şuranın İdarə Heyətinin iclasında verilən məlumata görə, "sarı-qırmızılar" "Rams Park" Stadionundakı lojaların sayını 198-dən 221-ə yüksəldib.

Üstəlik, 2024-2025-ci illər mövsümü üçün bu loja və VİP yerlərin satışından indiyə qədər 2 milyard 827 milyon lirə gəlir əldə edildiyi və bunun artmağa davam edəcəyi bildirilib.

Cari mövsümdə əldə edilən loja və VIP gəliri 1 milyard 555 milyon lirə olub. Bununla da klub qazancını ikiqat artırıb