-
- 12-03-2024, 20:00
- 437
402 min işsizə 2,4 milyard lirə ödənildi
Türkiyədə fevralda 402 min işsiz şəxsə İşsizlikdən Sığorta Fondundan 2 milyard 410 milyon lirə ödənilib.
News24.az xəbər verir ki, 1999-cu ildə məcburi işsiz olan sığortaolunanların çəkdikləri gəlir itkisini kompensasiya etmək məqsədilə yaradılmış Türkiyə İşsizlikdən Sığorta Fondu ilk işsizlik sığortası ödənişinin həyata keçirildiyi 2002-ci ilin mart ayından etibarən işsizlərin sığortası olmaqda davam edir.
2 faiz işəgötürən, 1 faiz sığortalı ayırma və 1 faiz dövlət payı gəliri ilə böyüyən fonda bu ilin fevral ayının sonuna olan məlumata görə, aylıq ümumi qazanc əsasında hesablanan 212 milyard 511 milyon 245 min lirə vəsait toplanıb.
Günel Məlikzadə