-
- 18-04-2024, 14:14
- 360
Toyda FACİƏ: gəlin hovuza düşüb öldü
Qız dəhşətli hadisədən bir neçə saat əvvəl gəlinlikdə foto paylaşıb. Toy günü isə faciə ilə yekunlaşıb.
News24.az Lent.az-a istinadla xəbər verir ki, gəlin nişanlısı ilə nikah bağladıqdan cəmi bir neçə saat sonra hovuza düşərək dünyasını dəyişib.
Faciə Braziliyanın şərqində, San-Pauluo şəhərində kirayəyə götürülən bağ evində baş verib. Nikahdan sonrakı məclisdə toydan əlavə Qazanonun qızlarından birinin ad günü də qeyd olunub.
Məlumata görə, üzməyi bacarmayan Elisangela Qazano suyun kənarında rəqs edərkən müvazinətini itirib. Qonaqlar 38 yaşlı qadını xilas etməyə çalışıblar və təcili yardım çağırıblar. Lakin gənc qadın xəstəxanaya yerləşdirilərkən infarkt keçirib. Beş uşaq anası olan qadının xəstəxanaya çatdırıldığı zaman öldüyü məlum olub.
Gənc qadın bir neçə saat əvvəl sosial şəbəkədə nişanlısı ilə evləndikdən sonra ağ gəlinliyi ilə imza atdığı anları əks etdirən foto paylaşıb.