Banklar dollar alışını yenidən artırır – Apreldə tələb 500 milyon dolları keçə bilər
    • 18-04-2024, 15:12
    • 480

Banklar dollar alışını yenidən artırır – Apreldə tələb 500 milyon dolları keçə bilər

Azərbaycanda bu ilin fevralında dollara tələbin yüksəlməsindən sonra martda ciddi azalma qeydə alınmışdı. Martdakı azalmadan sonra apreldə dollara tələbdə yenidən artımın olma ehtimalı var. 

News24.az Sfera.az-a istinadla xəbər verir ki, apreldə artıq 5 valyuta hərracı keçirilib və həmin hərraclarda 393,5 milyon dollar satılıb. 

Hərraclara dair açıqlanan məlumatlardan görünür ki, bir hərracda satılan valyutanın məbləği ən azı 64,5 milyon dollar, ən çoxu 98 milyon dollar olub. Mövcud dinamika ay ərzində keçiriləcək növbəti hərraclarda da qalarsa, apreldə satış həcmi 500 milyon dolları ötəcək. 

Bu ehtimal daxilində bankların valyutaya tələbi apreldə mart ayına nisbətən artmış olacaq. 

Xatırladaq ki, fevralda keçirilən valyuta hərraclarında banklar 870,6 milyon dollar almışdılar. Martda alınan xarici valyutanın məbləği isə 498,3 milyon dollara düşmüşdü. 

Apreldə valyuta alışının yenidən 500 milyon dolları keçmə ehtimalı var.