-
- 18-04-2024, 19:20
- 241
İş adamını öldürüb, meyitini dollarla örtdülər
Livanın Daxili İşlər Nazirliyi İsrailin xarici kəşfiyyat agentliyi olan Mossad-ı iş adamı Məhəmməd Srurun ölümündə təqsirli bilib.
News24.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə nazir Bessam Mövlevi məlumat verib.
O, aprelin 10-da Beyrutun şimalındakı Metin rayonunda ölü tapılan 57 yaşlı valyutadəyişmə məntəqəsinin sahibi Srurun Mossad tərəfindən edam edildiyini bildirib.
Srurun bədənində çoxlu güllə izlərinin tapıldığını qeyd edən Mövlevi, qətllə bağlı istintaqın davam etdiyini və yekunlaşdıqdan sonra ictimaiyyət və məhkəmə orqanları ilə paylaşılacağını bildirib.
Livanlı iş adamı Srurun meyiti günlər sonra Beyrutun şimalında minlərlə dollarla örtülmüş ərazidə tapılıb. İnsidentdən sonra Livan Daxili İşlər Nazirliyi cinayətkarların tapılması üçün ətraflı araşdırmalara başlanıldığını bildirib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) 2019-cu ildə Srurun İran İnqilabı Keşikçiləri Korpusu adından Hizbullah və HƏMAS-a pul köçürməsi səbəbilə sanksiya siyahısına daxil edildiyini açıqlayıb.