Böyük pullar əldən qaçdı
    • 19-04-2024, 10:56
    • 546

Böyük pullar əldən qaçdı

Ötən gün UEFA Konfrans Liqasında "Fənərbaxça" əsas vaxtda 1:0 hesabı ilə qalib gəlsə də, penaltilər seriyasında "Olimpiakos"a 3:2 hesabı ilə məğlub olub.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, bu nəticə ilə "sarı-lacivərdlər" 1/4 final mərhələsində Konfrans Liqası ilə vidalaşaraq Avropa kitabını bağlayıb.

"Fənərbaxça" bu turda xəzinəsinə ciddi gəlir əlavə etmək fürsətini əldən verdi. Beləki, İstanbul klubu Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yüksəldiyi üçün 1,65 milyon avro, qruplara vəsiqə üçün isə 2,94 milyon avro qazanıb.

Ölkə əmsalından 979 min avronu xəzinəsinə qoyan “Fənərbaxça” son 16-ya yüksəldiyi üçün 600 min avro qazanıb.

1/4 finala yüksəlməklə 1 milyon avro gəlir əldə edən "Fənərbaxça"nın Avropadakı kassasına cəmi 9,8 milyon avro daxil olub. "Fənərbaxça” “Olimpiakosu” mübarizədən kənarlaşdırıb yarımfinala çıxsa idi, xəzinəsinə daha 2 milyon avro qoyacaqdı.