"Fənərbaxça" UEFA Konfrans Liqasının qrup mərhələsinə VƏSİQƏ QAZANDI
    • 1-09-2023, 01:59
    • 268

"Fənərbaxça" UEFA Konfrans Liqasının qrup mərhələsinə VƏSİQƏ QAZANDI

Türkiyənin "Fənərbaxça" futbol klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə düşüb.

News24.az APA-ya istinadən  xəbər verir ki, ilk oyununda Niderlandın "Tvente" klubuna 5-1 hesabı ilə qalib gələn "Fənərbaxça" səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.

Birinci hissəsi 0:0 hesabı ilə bitən mübarizənin ikinci hissəsində İstanbul təmsilçisi hesabı açıb.

Edin Dzeko 72-ci dəqiqədə penaltidən vurduğu qolla komandasına qələbə qazandırıb.