Engin və Dilan Polat cütlüyündən bayram mesajı
    • 11-04-2024, 15:00
    • 169

Engin və Dilan Polat cütlüyündən bayram mesajı

Noyabrın 5-də çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə həbs olunan Engin və Dilan Polat cütlüyündən Ramazan bayramı mesajı gəlib.

News24.az xəbər verir ki, Dilan Polatın sosial media hesabında yayımlanan mesajda bu ifadələrə yer verilib:

"Hər kəsin Fitr bayramını təbrik edirik. İlk dəfədir ki, ailəmizdən, uşaqlarımızdan uzaqda bayram keçiririk. İstədiyimiz bir şey var. Vergi müfəttişlərinin hesabatı tamamlayıb ittiham aktımızı yazması üçün dua edin. Gün gələcək ədalət öz yerini tapacaq. Biz o günün gəlməsini sakitliklə gözləyirik. Bayramınız mübarək”.


Günel Məlikzadə