Dilan və Engin Polatın qaldıqları həbsxanaları ayırdılar
    • 16-11-2023, 11:55
    • 169

Dilan və Engin Polatın qaldıqları həbsxanaları ayırdılar

Engin Polat və Dilan Polat həbsxanaya köçürülüb. Cütlüyün həbsxanaları ayrılıb. 

News24.az "Cumhuriyet"-ə istinadən xəbər verir ki, Engin Polat və atası Sezgin Polat Çorlu həbsxanasına, Engin Polatın qardaşı Alper Kürşat Polat və ailənin vəkili, eyni zamanda maliyyə müşaviri Ahmet Günün qohumu Zəkayi Təpə Kocaeli Həbsxanasına göndərilib.

Engin Polatın qardaşı Can Polat , dayısı Halit Polat və Metin Yılmaz Dilan Polatın qardaşı Can Doğu ilə birlikdə Tekirdağ Həbsxanasına göndərilib.

Dilan Polat və bacısı Sıla Doğu Mərmərə həbsxanasında qalıb. 

Xatırladaq ki, Engin və Dilan Polat, onların qohumları çirkli pulların yuyulması, vergidən yayınma və təşkilat qurmaqda ittiham edilir. 

Qumral