-
- 1-05-2019, 18:07
- 1 178
"Ajax" təəccübləndirmir, tarixi təkrarlayır!
“Tottenham” klubu (İngiltərə) aprelin 30-da doğma divarlar arasında baş tutan Çempionlar Liqasındakı yarımfinal oyununda “Ajax” (Hollandiya) klubunu qəbul edib.
Görüş 0:1 hesabı ilə, holland klubunun qələbəsi ilə yekunlaşıb. “Tottenham” 2 həftə əvvəl "Manchester City"-yə (İngiltərə) məğlub olsa da, ümumi vurulan qolların sayı ilə növbəti mərhələyə keçə bilib. İngiltərə klubları arasında ilk "Kuboklar Kubokunun" qalibi olan “Tottenham” illər sonra finalın bir addımlığındadır. “Ajax”-la oyuna başlayan “Tottenham”15-ci dəqiqədə Van de Beekin vuruduğu qol nəticəsində geri düşüb. Birinci hissə hollandaların üstünlüyü ilə bitib.
İkinci yarışda “Tottenham”, nəhayət, yarımfinal oyunçusu ilə səviyyəsini göstərməyə çalışıb. Amma bu da ona kömək edə bilməyib. Halbuki “Ajax” son dəqiqələrdə hesabı artıra bilərdi, amma qapı dirəyi İngiltərə klubunun köməyinə çatib.
“Ajax” göstərdiyi total oyunları ilə bu il bir çox futbol azarkeşlərin qəlbini fəth edib. Hüçum taktikasını irəli sürən klub heç kimdən çəkinmədiyini və istənilən rəqibi məğlub edə biləcəyini sübut edib. O, qrup mərhələsində 1/8 finalda“Bayernı” (Almaniya), son 3 ilin qalibi olan “Real Madrid”ı (İspaniya), eləcə də bu ilin favoriti sayılan “Yuventus”u (İtalya) çempionatdan uzaqlaşdırıb.
Bu hadisə cavan futbol izləyicilərini təəccübləndirib. Çünki onlar 90-cı illərin Van Basteninı (3 qızıl top sahıbı), Ruud Gullitnı (4 il qızıl topa 2-ci namizəd), Frank Rijkaardını (3 il qızıl topa 3-cü namizəd), “Ajax”-da parlayan və Çempionlar Liqasının 4 qat qaliblərini tanımayıblar.
“Ajax” məktəbi hər 20 ildən bir "Qızıl futbolçular" heyətini məzun edir. Və bu gün bu ənənənin 20 ili tamam olur.