Taksilər kütləvi şəkildə cərimə edilir? - RƏSMİ AÇIQLAMA
    • 19-04-2024, 13:25
    • 144

Taksilər kütləvi şəkildə cərimə edilir? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən taksilərin kütləvi şəkildə cərimə meydançasına aparılması ilə bağlı görüntülər yayılıb.

Mövzu ilə bağlı Bakı Şəhər DYP İdarəsindən Metbuat.az-a bildirildi ki, sözügedən videonu çəkən şəxsin avtomobilinin üzərində ötən ilə aid ödənilməmiş cərimə borcları olduğu üçün mühafizə olunan duracağa yerləşdirilib:

“Bununla yanaşı, inzibati icraat zamanı sürücü müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitəsində reklamın yayılması və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün də inzibati məsuliyyətə cəlb edilib”.