Anar Mədətovun anası eks gəlini haqda: “Xloru üstünə atıb...”
    • 1-05-2019, 18:59
    • 11 241

Anar Mədətovun anası eks gəlini haqda: “Xloru üstünə atıb...”

Prodüser Anar Mədətovun anası Mahirə Mədətova “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” verilişində qonaq olub.

News24.az xəbər verir ki, M.Mədətova oğlunun 10 ildir ki, Elnurə Mədətova ilə ayrı yaşadığını açıqlayıb: “Bu ailə çoxdan yoxdur. Onlar iyirmi iki ildir evlidirlər və iyirmi ildir mən onların evinə getmirəm. Bunun nə demək olduğu yəqin ki, bəllidir. Çünki hər dəfə gedəndə mənim adımdan elə söz çıxırdı ki, özümü döyüb, ağlayırdım. Düşünün ki, xanımın, ailəsinin nə qədər borcu olar? Hamısını Anarın boynuna yıxırdılar. Deyirdi ki, Anar, qaynının borcu var. Adam maşınını satıb Altmış min manatı evə qoyurdu. Səhər isə o pul yoxa çıxırdı. Hara gedə bilər bu qədər pul? Rayondan gəldin, villan, maşının, Türkiyədə evin var. Oğlumun xınayaxdısı yayıldı. Bilirsiniz niyə? Çünki onlar on ildir birlikdə yaşamırlar. Bizim evimiz sanki yataqxana idi. Siz ayrıldınız və oğlan bir idman formasında evdən çıxdı. Hər şeyi sənə verdi. Axırıncı dəfə maşına minəndə üstünə xlor atıb və daş ilə “padresə” vurmusan. Oğlumun hazırki maşınına da həbs qoydurmusan”.