-
- 19-04-2024, 22:23
- 742
"Yuventus"a Ronaldo şoku
"Yuventus" sabiq futbolçusu Kriştiano Ronaldoya təzminat ödəyəcək.
News24.az qol.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti təsdiqləyib.
39 yaşlı hücumçu sabiq klubunu 2020/21 mövsümündəki aylıq məvacibini ödəmədiyinə görə məhkəməyə verib. Portuqaliyalı futbolçu Turin təmsilçisinə qarşı məhkəmədə qalib gəlib. Arbitraj Şurasının qərarına əsasən, "Yuventus" Ronaldoya 9,7 milyon avro + faiz ödəyəcək.
Qeyd edək ki, Ronaldo 2021-ci ilin yayında "Yuventus"dan ayrılıb. O, daha sonra "Mançester Yunayted"ə keçib. Futbolçu 2022-ci ilin noyabrında "qırmızı şeytanlar"dan ayrılıb və həmin ilin dekabrında Səudiyyə Ərəbistanı "Əl-Nəsr"inə transfer olunub.
"Yuventus" 2020/21 mövsümündə koronavirus pandemiyası səbəbindən Ronaldonun aylıq məvacibini ödəməyi gecikdirmiş, daha sonra da həmin məbləği futbolçuya ödəməmişdi. Ronaldo isə bu səbəbdən "Yuventus"u məhkəməyə vermişdi.