Tarixi bina yanır - FOTO
    • 20-04-2024, 12:50
    • 164

Tarixi bina yanır - FOTO

Türkiyədə kafe kimi istifadə edilən 2 mərtəbəli Osmanlı dövrünə aid tarixi binada yanğın baş verib.

News24.az xəbər verir ki, hadisə yerinə xilasetmə, tibb və polis işçiləri sövq edilib.

Tarixi binanın yanında yerləşən 4 mərtəbəli yaşayış binasının üzlükləri yandıqdan sonra sakinlər təxliyə olunub.

Qeyd edək ki, komandaların yanğına müdaxiləsi davam edir.

Günel Məlikzadə