Dəhşətli hadisə: 33 mərtəbəli bina..
    • 30-03-2024, 21:40
    • 157

Dəhşətli hadisə: 33 mərtəbəli bina..

Dünən yerli vaxtla saat 20:00 radələrində Braziliyanın Pernambuko əyalətinin paytaxtı Resifedə tikilməkdə olan 33 mərtəbəli binada yanğın baş verib.

News24.az xəbər verir ki, səlahiyyətlilər tərəfindən verilən açıqlamada yanğının binanın üst mərtəbəsində başladığı və qısa müddətdə bütün binanı əhatə etdiyi bildirilib. Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib. Yanğın zamanı alovun yayılma təhlükəsi səbəbindən ətrafdakı tikililər boşaldılıb.

Hadisə ilə bağlı araşdırma başlanarkən, yanğının qısaqapanmadan baş verdiyi düşünülür.

Günel Məlikzadə