16 mərtəbəli binada yanğın: 10 ölü, 13 yaralı
    • 2-04-2024, 16:33
    • 240

16 mərtəbəli binada yanğın: 10 ölü, 13 yaralı

Saat 12.47 radələrində Beşiktaş Qayrettəpə Məhəlləsi Gündoğdu küçəsində yerləşən 16 mərtəbəli binanın mənfi 1-ci və mənfi 2-ci mərtəbələrində fəaliyyət göstərən əyləncə mərkəzində təmir işləri aparıldığı üçün yanğın baş verib.

News24.az xəbər verir ki, hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları sövq edilib. Polis qrupları bölgədə tədbir aldı.

Yanğınsöndürənlər 31 texnika və 86 canlı qüvvə ilə yanğına müdaxilə edib.

Yanğın zamanı 10 nəfər ölüb, 7-si ağır olmaqla 13 nəfər xəsarət alıb. 

Türkiyə Daxili İşlər Naziri Əli Yerlikaya da yanğınla bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Günel Məlikzadə