Həbs olunduğu deyilən Bayram Nurlu danışdı:
    • 1-05-2019, 21:40
    • 7 405

Həbs olunduğu deyilən Bayram Nurlu danışdı: "BEŞ-ÜÇ MANAT VERİB..." - VİDEO

Ekstrasesn Bayram Nurlunun həbs olunması ilə bağlı xəbərlər yayılıb. 

News24.az-a açıqlama verən B.Nurlu yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: "Bəzi həmkarlarım beş-üç manat verib xəbəri yalandan yayıblar. Ucuz gündəmə görə, o boyda dövlət qurumlarının adını çəkiblər. Vallah ayıbdır. Oğurluq, quldurluq, kimisə təhqit etməmişəm. Ölüm xəbərimi yaydılar, adıma şər-böhtanı çıxardılar indi isə həbs olunduğumu deyirlər. Bilmirəm bundan sonra haqqımda nə xəbər çıxaracaqlar. Bu xəbəri yayan həmkarlarım bir başa məsuliyyətə cəlb olunmalıdır. Hazırda vəkilim bu işlə məşğuldur. Daxili İşlər Nazirliyinə həbs olunmağım haqda məlumatlarının olmamasını dedikləri üçün təşəkkürümü bildirirəm".