-
- 28-08-2018, 10:56
- 1 144
Təranədən intihar etməsi ilə bağlı açıqlama: "Məhkəməyə müraciət edəcəyəm"
Prodüser Təranə Səmədovanın intihara cəhd etməsi ilə bağlı xəbərlər yayılıb.
Məsələyə aydınlıq gətirmək üçün prodüserlə əlaqə saxladıq. News24.az-a açıqlama verən T.Səmədova haqqında yayılan xəbəri təkzib etdi:
"Bu nə başlıqdır bilmirəm. Sadəcə həyatdan bezib əlimi Allaha açıb ucuz ölüm istəmişəm. Allahdan ucuz ölüm istəmək, intihar etmək deməkdir? Niyə belə yozurlar ki?
Mən heç vaxt özümə əl qadıracaq biri olmamışam. Sadəcə problemlər o qədər üstümə gəldiki, bu sözləri yazdım. Daha sonra isə övladımı düşündüm. Yəni mən həyatıma qəsd etməmişəm.
Bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyəm. Bundan sonra haqqımdan yayılan yalan xəbərlərə görə məhkəmə qarşısında cavab veriləcək".
Teymur Məmmədov