Tanınmış siyasətçi arvadını qətlə yetirdi
    • 21-04-2024, 16:02
    • 473

Tanınmış siyasətçi arvadını qətlə yetirdi


Tverdə “Ədalətli Rusiya” partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb.

News24.az Lent.az-a  istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib.

Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərlə məşğul olub, uşaqlara rəqs öyrədirdi. Onun 11 aylıq qızı qalıb.

Siyasətçinin özü “VKontakte” sosial şəbəkəsindəki hesabına daxil olub, mahiyyətcə cinayəti etiraf edib.

Eyni zamanda siyasətçi peşman olduğunu da bildirməyib.

Onun sözlərinə görə, o, “başını dik tutaraq cəzasını çəkməyə hazırdır, çünki o, hər şeyi düzgün edib”.

“İllər boyu bütün canını verdiyin insan sənə xəyanət edəndə bu cəzasız qalmamalıdır. Nə baş verdiyi məni maraqlandırmır - amma yalançı məxluq layiq olduğu şeyi aldı və onun kimilərin hamısının taleyi eyni olsun.

Hamıya yalnız bir xahişlə müraciət edirəm - qızınızı xilas edin... O, mənim yaşamağım üçün son stimuldur”, - Nikolski bildirib.