Arauxo 100 milyona satıla bilər
    • 21-04-2024, 16:46
    • 335

Arauxo 100 milyona satıla bilər


“Barselona” müdafiəçisi Ronald Arauxonu satmağa hazırdır.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, bunun üçün 100 milyon avro tələb olunur.

25 yaşlı futbolçu ilə qitənin bir çox klubları maraqlanır. Çempionlar Liqasının 1/4 finalında PSJ ilə oyunda qırmızı vərəqə alan uruqvaylı müdafiəçi ciddi tənqidlərə tuş gəlib. Gənc Pau Kubarsinin əsas heyətdə möhkəmlənməsi Arauxonun satılmasına şərait yaradıb.

Qeyd edək ki, Ronaldun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayında bitəcək. Onun transfer qiyməti 70 milyon avro dəyərləndirilir.