Rahil Məmmədovun əlavə vaxt üzüntüsü
    • 21-04-2024, 20:41
    • 442

Rahil Məmmədovun əlavə vaxt üzüntüsü


Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, onun formasını geyindiyi LKS öz meydanında “Lex”lə qarşılaşıb.

Rahilin komandası güclü rəqiblə oyunda hesabda 0:2 geri düşsə də, bərabərliyi bərpa edə bilib. Amma qonaqlar 90+1-ci dəqiqədə qələbə topunu vuraraq, Lodz səfərindən 3 xalla dönüblər. Məmmədovun 90 dəqiqə meydanda olduğu qarşılaşma "Lex"in 3:2 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, LKS Ekstraklasada 29 turdan sonra 21 xalla 17-ci pillədə qərarlaşıb.